İki ilə yaxındır ağır xəstəlikdən əziyyət çəkən meyxana ustadı Kərim oğluna toy edir.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, söz ustadı oğlu Kamili evləndirir. Kərimin evində xeyir iş mayın ilk günü olacaq. Kərimin səhhəti isə gün-gündən yaxşıya doğru irəliləyir. İndi sadəcə gəzməklə bağlı problemi var. Həkimlər isə bildirir ki, meyxanaçının ayağındakı problem yay aylarına kimi düzələcək.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Kərimin müalicəsi üçün 35 min manat pul ayrılıb. Sezar pizza
Əcəmi Əsədulla
Telegram kanalımız