XİN: Heydər Əliyevin qayıdışı müstəqilliyin möhkəmləndirilməsinin təməlini qoyub

saytların hazırlanması

Evə çatdırılma

XİN: Heydər Əliyevin qayıdışı müstəqilliyin möhkəmləndirilməsinin təməlini qoyub

Siyasət

15 İyun 2026 09:11 59


Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoyub.

"Yeni Sabah" xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 15 iyun – Milli Qurtuluş günü münasibətilə "X"dəki hesabındakı paylaşımında yer alıb.

"Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, ölkəmizin müstəqilliyinin qorunması, sabitliyin bərqərar olunması və inkişaf yoluna qədəm qoyması ilə əlamətdar olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik! pizza hut

Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoymuşdur. Milli Qurtuluş Günü münasibətilə xalqımıza sülh, rifah və tərəqqi arzulayırıq!" - paylaşımda qeyd olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!