Xorvatiya prezidentindən Almaniyaya etiraz: “Rusiya ilə savaşırıq?”

saytların hazırlanması

Evə çatdırılma

Xorvatiya prezidentindən Almaniyaya etiraz: “Rusiya ilə savaşırıq?”

Dünya

27 Yanvar 2023 09:56 669


Xorvatiya prezidenti Zoran Milanoviç Almaniya XİN başçısının Rusiya ilə müharibə barədə dediklərini şərh edib. 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, prezident bu barədə mətbuata açıqlamasında danışıb. 

"Almaniyanın XİN başçısı Strasburqda ingiliscə çıxışı zamanı deyirdi ki, biz bir olmalıyıq, çünki Rusiya ilə savaşırıq. Sitat gətirirəm: "Rusiya ilə savaşırıq". Mən bunu bilmirdim. Ola bilər ki, Almaniya yenə Rusiya ilə müharibə aparır. Onda onlara uğurlar, 70 il əvvəlkindən daha yaxşı nəticə əldə etsinlər", - deyə o bildirib.  Toyuqlu pizza

Xorvatiya prezidentinin sözlərinə görə, Ukraynanı silahla təmin etməyin sülhə necə apara biləcəyini anlamır. 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!