Xuraman Şuşalının 100 minlik ev problemi:  “Səs-soraq çıxmadı”
26 Sen 2020 11:50
1056

Xuraman Şuşalının 100 minlik ev problemi: “Səs-soraq çıxmadı”

Xəbər verdiyimiz kimi müğənni Xuraman Şuşalı bir müddət əvvəl yeni tikdirdiyi villasını satışa çıxarıb. 

O, pandemiya ilə əlaqədar maddi səbəblərdən dolayı evi satmaq məcburiyyətində qalıb. 

Yenisabah.az-a danışan müğənni 100 min manat qiymət qoyduğu evini hələ də sata bilmədiyini deyib:

"Hələ sata bilməmişik. O gün bir nəfər müştəri çıxdı, getdi evə baxdı, ondan da səs-soraq çıxmadı. Hələ ki, bir irəliləyiş yoxdur. Xeyirlisini Allahdan diləyirəm, təki hamıya Allah ruzi yetirsin. Düşünürəm ki, evin satılmamağı pandemiya ilə əlaqəlidir, çünki çox adamda pul yoxdur. Bizdə necə çətin vəziyyətdirsə, hamıda da elədir".

Xatırladaq ki, Qaraçuxurda yerləşən yarımçıq tikili üçün sənətçi 100 min manat xərcləyib.

Xuraman Şuşalının 100 minlik ev problemi:  “Səs-soraq çıxmadı”
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər