“Ya onda yalan danışıb, ya da indi...” - Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

“Ya onda yalan danışıb, ya da indi...” - Qalmaqal

Siyasət

10 Mart 2019 20:59 1315


“Bir müddət əvvəl millət vəkili Qüdrət Həsənquliyev təklif etmişdi ki, yol polisinin cərimələrindən Prezident Administrasıyasında çalışanların əməkhaqqına əlavə verildiyi kimi, 5 faizi də deputatlarım əməkhaqlarına əlavə olunsun. Siz təsəvvür edirsiniz, milyonları olan PA nümayəndələri və Milli Məclisin deputatı oturub onu fikirləşir ki, yolda hansısa bir kasıb insandan alınan cərimənin bir hissəsi onlara verilsin”. 

“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş millət vəkili Gültəkin Hacıbəyli Sevinc Osmanqızına müsahibəsində deyib. O, bildirib ki, bizim deputatlar sürücü və piyadalardan alınan həmin cərimələrə də göz dikirlər ki, oradan faiz alsınlar: “Bu həqiqətən də dünyada analoqu olmayan bir vəziyyətdir. Bu acınacaqlı durumu səviyyə, mənəviyyat, əxlaq baxımından sözlə ifadə etmək olmur. Utancverici bir haldır”.

G. Hacıbəylinin dediklərinə cavab verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı onu yalan danışmaqda ittiham edib: “O, qeyd edib ki, Qüdrət bəy cərimələr hesabına deputatların əmək haqlarının artırlmasını təklif edib. Qüdrət bəy Milli Məclisdə toplanan cərimələr hesabına ayrı-ayrı kateqoriyalardan olan işçilərin əmək haqqının artırılmasının sosial ədalət prinsipini pozduğunu bəyan edib və ləğv olnmasını tələb edib. Onun çıxışı mətbuatda dərc olunub. Qeyd edib ki, əgər bu qayda ləğv olunmursa, onda hakimiyyətin müstəqil qanadı olan Milli Məclisin Aparatının əməkkdaşları Prezident Administrasiyasının əməkdaşlarından çox az maaş alır, onların da maaşı eyni qaydada artırılsın. Qüdrət bəy depuatlarin əmək haqqlarının artırlmasından danısmayib. Gültəkin Hacıbəyli deputat olanda iqtidara yarınmasına və yaltaqlığına haqq qazandırmaq üçün, bu gün deyir ki, o deputat olanda da səmimi olub, indi iqtidarı yamanlayanda da səmimidir. Deməli ya onda yalan danışıb, ya da indi yalan danışır. Bir birindən tam fərqli fikirlər söyləməyin səmimiyyətə nə aidiyyatı var?! İqidar həmin iqtidardı! Azərbaycanın regionun lider dövləti olmasını isə Qüdrət bəy yazmayıb. Bu iqtidarın pulu ilə G.Hacıbəylinin indiki lideri Cəmil Həsənli yazıb! Qüdrət bəyin çıxışlarını oxumurlarsa heç olmasa liderlərinin yazdıqlarını oxusunlar!”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!