Yağışdan sonra Bakıda maşınlar su altında qaldı –   Video

saytların hazırlanması

Evə çatdırılma

Yağışdan sonra Bakıda maşınlar su altında qaldı – Video

Avto

02 Noyabr 2019 04:28 1186


Paytaxt Bakıda 2 gündür yağan güclü yağış avtomobillərə və piyadalara çətinliklər yaradıb.

Gecə saatlarında yağan intensiv yağış şəhərin bir sıra ərazilərində yolların su ilə dolmasına səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, belə yollardan biri Səbail rayonu, Bayıl qəsəbəsi ərazisindədir. 20-ci sahə yaşayış massivinə gedən yolun alternativ hissəsini su basdığından avtomobillər çətinliklə üzləşib. Hündürlüyü 30-50 santimetrə qədər qalxan su həmin yoldan istifadə edən avtomobillər üçün ciddi problem yaradıb. Bir neçə nəqliyyat vasitəsi həmin yoldan istifadə edərkən yolda batıb. Sezar pizza

Baku TV-nin əməkdaşları ərazidə çəkiliş aparan zaman bir neçə sedan tipli avtomobilin sözügedən ərazidə batdığının şahidi olub.

Qeyd edək ki, analoji hal Bakının bir sıra hissələrində də müşahidə olunmaqdadır. Xatırladaq ki, yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın əksər küçə və prospektlərində sürət həddi endirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!