Yapon məhkəməsi eynicinslilərin nikahına icazə verdi

saytların hazırlanması

Evə çatdırılma

Yapon məhkəməsi eynicinslilərin nikahına icazə verdi

Dünya

30 May 2023 17:16 620


Yaponiya məhkəməsi eynicinsli nikahların qadağan edilməsinin konstitusiyaya zidd olduğu barədə qərar verib.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, Naqoya Rayon Məhkəməsinin qərarı son 2 ildə eynicinslilərin nikahına qoyulan qadağanı Əsas QAnuna zidd sayan sayca ikinci qərardır.

Yaponiya konstitusiyasına görə, nikah kişi və qadın arasında olmalıdır. Pepperoni pizza

Rəy sorğuları əhalinin təxminən 70%-nin eynicinsli nikahları dəstəklədiyini göstərsə də, baş nazir Fumio Kişidanın mühafizəkar hakim Liberal Demokrat Partiyası (LDP) buna qarşıdır.

Fevral ayında Kişida eynicinsli nikahlara icazə veriləcəyi təqdirdə insanların Yaponiyanı tərk edəcəklərini söyləyərək qəzəb doğuran köməkçisini işdən çıxardı, lakin baş nazir bu mövzuda susdu və müzakirələrin "diqqətlə" aparılmalı olduğunu söylədi.

Bununla belə, əhalinin təxminən 65%-ini əhatə edən 300-dən çox Yaponiya bələdiyyəsi eynicinsli cütlüklərə tərəfdaşlıq müqavilələri bağlamağa icazə verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!