Yaponiyanın Honsyu adasının sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Honsyu adasındakı Noda yaşayış məntəqəsindən 43 kilometr şərq-şimal-şərqdə baş verib. Təkanların ocağı 34 kilometr dərinlikdə qeydə alınıb. pizza mizza
Hadisə nəticəsində ölən və ya xəsarət alanların olması, eləcə də dağıntılar barədə məlumat verilməyib.
Telegram kanalımız