Yaponiyada qalmaqallara görə daha bir nazir işdən çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada qalmaqallara görə daha bir nazir işdən çıxarılacaq

Dünya

20 Noyabr 2022 16:16 682


Yaponiyanın baş naziri Fumio Kişida ölkənin inzibati işlər və kommunikasiyalar naziri Minoru Teradanı vəzifəsindən azad etmək niyyətindədir.

Buna səbəb Terada ilə bağlı bir sıra qalmaqallar olub. Onlar Yaponiyanın seçki qanunvericiliyinin pozulması ilə bağlıdır.

Ölkə mətbuatı Teradanın tərəfdarlarının 2021-ci ildə keçirilən parlament seçkiləri zamanı onun 1 milyon yen (təxminən 7 min dollar) məbləğində xərclərini ödədiyini yazıb. Nazir özü isə rəsmi hesabatında bildirib ki, həmin xərcləri özü ödəyib. Sezar pizza

Bundan başqa, onun yerli qanunvericilik məclislərinin deputatlarına qanunsuz pul köçürmələri etdiyi məlum olub.

Qeyd edilib ki, nazirin Yaponiyada fırıldaqçılıqda ittiham olunan mübahisəli Birləşmə Kilsəsi ilə də əlaqələri var.

Xatırladaq ki, Terada son bir ayda Yaponiya hökumətindən uzaqlaşdırılan sayca üçüncü nazirdir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!