“Yaxşı ki, koronavirus gəldi…” – Elzadan özünəməxsus açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Yaxşı ki, koronavirus gəldi…” – Elzadan özünəməxsus açıqlama

Şou

16 Yanvar 2021 10:29 1153


"O filmdir, ay müsəlmanlar. Başa düşmürsünüz? Filmdə süjet xətti olur, o da ssenari əsasında qurulur. Başıma da meyvəni ssenariyə görə qoymuşdular. Gözəlliyim gözlərinizi qamaşdırır. Bu da mənə zövq verir".

Yenisabah.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "MTV Azərbaycan"da qonaq olarkən deyib. Müğənni "Hozu" filmindəki obrazını tənqid edənlərə cavab verib:

"Tənqid edir, sonra da deyirsiniz, öz işidir. Sizin də o qədər əməlləriniz varsa, öz işinizdir. Bu Elza Seyidcahanının yaradıcılığıdır. Onu xaricdən gələn biri etsə, qəbullanarsınız. Hadisə kimilər gəlir hündür səhnələrdə çılpaq geyimlə sizin pulunuzu alır, cibinə doldurub gedir, onu alqışlayırsız. Öz müğənninizi isə deyrisiz öz işidir, başına meyvə qoyur... Pepperoni pizza

İstəyirəm tənqid edənlər sənəti anlasınlar. Bunu etmişəm, edirəm, edəcəyəm də. Amma sizlərində incəsənəti anlamanızı istəyirəm. 21-ci əsrdəyik, hələ də deyirsiz Elza efirdə şeir deməsin. Elzanın şeirlərindən biabırçı musiqilərə qulaq asırsınız. Yaxşı ki, koronavirus gəldi qulaqlarımız dincəldi. Özünüzə edirsiniz, geriləyirsiniz. Onsuz da mən hər zaman öz işimdəyəm. Hər bir insan öz işi ilə məşğul olsa, düşmən bizə qalib gələ bilməz".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!