İsrailli xilasedicilər Şənbə günü də fəaliyyətinə davam edəcəklər.
Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, İsrail yəhudilərinin baş ravvini (ali dini lider) və Ali Ravvin Məhkəməsinin sədri David Lau bəyanat yayaraq, yəhudilər üçün işləməyin qadağan edildiyi Şabbat (Şənbə) günündə İsrailli xilasetmə qrupunun Türkiyədəki axtarış-xilasetmə işlərinə davam etmələrini bildirib.
Qeyd edək ki, yəhudilərin müqəddəs kitabı olan Tövratda Şənbə günü yalnız dua etmək və dincəlmək əmr edilib. Həmin günü nəinki işləmək, hətta zibil atmaq, çörək almaq, qab yumaq, ölü dəfn etmək və s. belə qadağan edilib. Tövratda qadağanı pozmağın cəzası isə ölümdür. pizza sifarişi
Telegram kanalımız