TƏCİLİ! “Yeni Klinika”nın direktoru işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! “Yeni Klinika”nın direktoru işdən çıxarıldı

Siyasət

21 Aprel 2026 18:53 1695


Yeni Klinikanın direktoru Barat Yusubov vəzifəsindən azad edilib.

"Yeni Sabah" Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən müvafiq əmr imzalanıb.

Məlumata əsasən, Barat Yusubovun ərizəsi bir müddət əvvəl alınıb və bu gün rəsmiləşdirilib.

Qeyd edək ki, bu gün TƏBİB rəhbərinin daha beş müşavirinin də vəzifədən azad edilməsi barədə məlumat yayılıb.

Bütün bu proseslərlə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentindən isə hər hansı açıqlama almaq mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!