18 Avqust - 06:19
“Yeni transfer etmə ehtimalımız var” - Qurban Qurbanov

“Yeni transfer etmə ehtimalımız var” - Qurban Qurbanov

İdman

06 Avqust 2022 22:58 714


"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq".

Yenisabah.az xəbər verir ki, bunları "Qarabağ"ın baş məqçisi Qurban Qurbanov evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, rəqibi yaxından tanımamaları onlara çətinlik yaradıb: "Dünənki "Zirə" - "Kəpəz" matçı və bu görüş göstərdi ki, işimiz asan olmayacaq. İstənilən halda, oyunçular ilk qarşılaşmadan necə hazırlaşmalı olduqlarını başa düşdülər. Mahmud Qurbanova və onun komandasına uğurlar arzulayıram. Ötən il bir məğlubiyyətimiz "Səbail"dən olmuşdu. Builki transferlərdən görünür ki, indi daha iddialıdırlar".

Onun sözlərinə görə, bu matçdakı rotasiyalar Macarıstan "Ferentsvaroş"u ilə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı üçün zədədən qaçmağa yönəldilib: "Hardasa zədədən bir qədər ehtiyatlanırdıq. Ancaq bunun üçün rotasiyalar etdik. Bəlkə də kimsə az, kimsə çox oynadı. Sevindirici haldır ki, zədə olmadı".

Baş məşqçi "Sumqayıt"la növbəti tur qarşılaşmasının təxirə salınması üçün müraciət etməyəcəklərini bildirib: "Bəlkə də qarşıdakı turlarda Peşəkar Futbol Liqasından avrokubok matçı ilə əlaqədar bizə istirahət verilməsini istədik. Ancaq indiki durumda buna ehtiyac görmürük".

O, yeni transfer Julio Romanın oyunundan razı qaldığını diqqətə çatdırıb: "Bir neçə oyundan sonra daha yaxşı Roman görəcəyik. Ancaq tam əminliklə deyə bilməyəcəyəm ki, o, "Ferentsvaroş"la oyunda start heyətdə yer alacaq, ya yox".

Q.Qurbanov bildirib ki, transfer məsələsini hələ bağlamayıblar: "Yeni transfer etmək ehtimalımız var. Dayanmamışıq, imkan olduğu qədər transfer etməyə çalışacağıq".

Baş məşqçi sosial şəbəkələrdə çempionat oyunlarına bilet satışının təşkil edilməsi ilə bağlı yaranan narazılığa da toxunub: "Bu, mənə aid olmayan məsələdir. Əlbəttə, bütün insanların yaşayış tərzi eyni deyil. Ancaq inanmıram ki, çempionat oyunlarına bilet satışının olması azarkeş sayına təsir etsin. Klubda bu işlə məşğul olan ayrıca şəxslər var. Daim istərdim ki, azarkeşlər stadionu doldursunlar".Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!