Yeniyetmə məhkumlar həbsxanadan qaçıb? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Yeniyetmə məhkumlar həbsxanadan qaçıb? - Rəsmi açıqlama

Maraqlı

21 İyun 2022 10:03 914


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəzaçəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan iddialara dair rəsmi açıqlama verilib. 

Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Yenisabah.az-a məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

M.Sadıqov qeyd edib ki, nəinki tərbiyə müəssisələrində, heç bir digər müəssisədə belə hal baş verməyib. pizza

Xatırladaq ki, bəzi saytlarda və sosial şəbəkə hesablarında Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəza çəkən şəxslərin bir neçəsinin müəssisədən qaçmağa cəhd etməsi ilə bağlı məlumatlar yayılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!