Əməkdar artist Mətanət İsgəndərli karantin günlərində maddi vəziyyətinin çətin olmasından danışıb.
Yenisabah.az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan “5\5” verilişinin qonağı olan sənətçi həm də qohumlarına köməklik etdiyini bildirib: "Bəli, Nadir bilir. Qohumları da saxlayıram. Utanıram, 30 ildən çoxdur toylara gedirəm, sənətdəyəm, amma heç bir biznesim yoxdur. Heç kimdən borc ala bilmirəm”.
Xanım sənətçi aparıcının “Yığdıqların dekabra qədər bəs edər?” sualına “ Yox, yığdıqlarım da 2 aya qurtardı" – deyə cavab verib. Pepperoni pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız