16 Avqust - 04:25
Yığma komandalar DÇ-yə 26 futbolçu ilə qatılacaq

Yığma komandalar DÇ-yə 26 futbolçu ilə qatılacaq

İdman

24 İyun 2022 00:51 530


FİFA Qətərdə keçiriləcək dünya çempionatına tarixdə ilk dəfə olaraq, hər komandanın 26 futbolçu ilə qatıla biləcəyi barədə qərar qəbul edib.

Yenisabah.az xəbər verir ki, bununla da hər bir məşqçi ehtiyatda olan 15 futbolçunun xidmətlərindən istifadə etmək imkanı əldə edib.

Xatırladaq ki, indiyədək hər komandanın tərkibindəki futbolçuların sayı 23 olub.

Qeyd ki, ötən həftə Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) daimi əsasda bir matç zamanı beş əvəzetmə qaydasını təsdiqləyib.

Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!