Yol polisi bu küçədə dayanan bütün maşınlara cərimə yazır –  VİDEO

Yol polisi bu küçədə dayanan bütün maşınlara cərimə yazır – VİDEO

Avto Veb saytların hazırlanması

21 Noyabr 2023 12:40 4408


Paytaxtın Həsən Salmani küçəsində yol polisi tərəfindən sürücülərə əsassız olaraq cərimələr yazıldığı iddia edilir.

Bu barədə “Yeni Sabah”a ərazidə yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, küçənin başında  dayanma durma və parklanmanı qadağan edən nişan qoyulsa da, bu nişanlar yolayrıcılarında təkrarlanmayıb və nişanı görməyən sürücülər buna görə haqsız yerə cərimə olunurlar.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən məsələdə sürücülər tamamilə haqlıdır:

“Görüntülərə mən də baxdım. Bu məsələdə vətəndaş tamamilə haqlıdır, çünki belə çıxır ki, nişanın təsir zonasına düşməyən ərazilərdə cərimə yazırlar. Bunu vaxtilə yol polisi əməkdaşları, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da edirdilər. Onlar bildirirdilər ki, bu nişan küçənin başında varsa, bütün küçəyə aid olur, amma bu məsələlər qanunla həll olunur, kiminsə fərziyyəsi, təxəyyülü, sözü ilə həll olunmur. 

Qanun deyir ki, nişan təkrarlanmalıdır. Yol ayrıcı, kəsişmə, birləşmə olarsa, mütləq nişan təkrarlanmalıdır. 

Ara yoldan çıxan sürücü haradan bilsin ki, küçənin başında dayanma-durmanı qadağan edən nişan var? Ona görə də bu məsələlər mütləq ciddi şəkildə araşdırılmalı və belə neqativ hallar aradan qaldırılmalıdır.

Sürücünün şikayəti tamamilə əsaslıdır. Deyilən nöqtədə parkinqə görə qayda pozuntusu adlı cərimənin yazılması düzgün deyil”.

Əsmətxanım Rzazadə  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İntiqam
    Sumqayıt şəhərində də eyni vıziyyət Sülh küçəsi boyu baş verir,5 dəqiqə dayanıb aptekdən bir dərmanı almaq olmur.
    16 days ago
  • Agalar Agayev
    Doşana deyir gaç,tazıýa deyir tut.
    16 days ago