Yuxu müddəti ilə bağlı mühüm araşdırma - 8 saat.. 

saytların hazırlanması

Evə çatdırılma

Yuxu müddəti ilə bağlı mühüm araşdırma - 8 saat.. 

Sosial

01 May 2024 16:57 398


Yuxunun sağlamlıq üçün əhəmiyyəti həmişə tədqiqatçıların və insanların diqqət mərkəzində olub. Bir çox ekspertlər böyüklərin sağlamlığı üçün gecə 7-9 saat yatmağın ideal olduğunu bildirib. 

Yenisabah.az xəbər verir ki, mütəxəsisslər insanların az və ya çox yatmaqdansa, özləri üçün uyğun yuxu vaxtına qərar vermələrinin vacib olduğunu bildiriblər. Aparılan araşdırmalarda yuxu müddəti sabit olmayan insanlarda nizamlı yatanlarla müqayisədə fərqli nəticələr müşahidə edilib. 

Beyində gecə saatları, dərin yuxu zamanı amiloidlərin və Alzheimer xəstəliyi ilə əlaqəli zəhərli birləşmələri təmizlənməsi intensivləşir. Böyük qruplar üzərində aparılan araşdırmalar, həmçinin yuxu müddəti qeyri-adi dərəcədə qısa və ya uzun olan insanların sağlamlıq vəziyyətinin daha pis olduğunu, o cümlədən Alzheimer xəstəliyinin əlamətlərindən biri olan yaddaş itkisi və beyin kiçilməsinin olduğunu müəyyən edib.  Sezar pizza

İnsanlara gecə 8 saat yatmağı tövsiyə edən professor Metyu Uolker bildirib:

“Beyin sağlamlığının əsas ölçüsü beyinin ümumi həcmi deyil, neyron sıxlığıdır. Yuxu keyfiyyətinin ən mühüm ölçüsü insanların ümumi yuxu miqdarından çox, beyin dalğalarının yavaşladığı dərin yuxuda nə qədər vaxt keçirməsidir”. 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!