Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Təxminən 30 yaşlı qadın naməlum şəxslər tərəfindən döyülərək ağır xəsarət alıb. Şəxsiyyəti hələlik naməlum olan yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir. Dominos pizza
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız