Zakir Fərəcov restoran, kafe, gözəllik salonları ilə bağlı tapşırıq verdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Fərəcov restoran, kafe, gözəllik salonları ilə bağlı tapşırıq verdi

Sosial

07 Fevral 2019 17:44 935


Sumqayıtda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı zamanı icra başçısı Zakir Fərəcov bir sıra tapşırıqlar verib.

“Yeni Sabah” Xeberle.com saytına istinadən bildirir ki, iclasda başçı bir sıra çatışmazlıqların olduğunu bildirib. Z. Fərəcov  şəhərdə uçotda olan vərəm xəstələrinin statistikasına diqqət çəkərək bu sahədə bir sıra problemlərin olduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. 

İcra başçısı aidiyyatı qurumlara göstəriş verərək şəhərdə fəaliyyət göstərən bütün iaşə obyektlərində, o cümlədən restoran, kafe, şadlıq sarayları və gözəllik salonlarında çalışan işçilərin tibbi müayinədən keçirilməsinin vacibliyini vurğulayıb. Şəhər rəhbəri bununla bağlı aidiyyatı qurumlara müvafiq tapşırıqlarını verib: “Vərəm dispanserində yoxlanışdan keçməyən yüzlərlə şəhər sakini var. Tapşırıq vermişəm ki, bu obyektlərdə çalışan insanlar mütləq şəkildə tibbi müayinədən keçməlidirlər. Ola bilər ki, elə o şəxslərin bəzilərində vərəm xəstəliyinin izləri var və onlar vasitəsilə də bu xəstəlik digər insanlara keçir”.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!