Zaur canlı yayımda AzTV rəhbərindən xahiş etdi

saytların hazırlanması

Evə çatdırılma

Zaur canlı yayımda AzTV rəhbərindən xahiş etdi

Şou

02 May 2019 11:37 1345


Dünən AzTV-nin yeni rəhbəri Rövşən Məmmədovun radio və televiziyamızın qocaman diktorları ilə görüşdüyü barədə məlumat vermişdik.

"Yeni Sabah" xəbər verir ki, bu olayı Zaur Kamal aparıcısı olduğu proqramda təqdir edərək, yeni sədrdən canlı yayımda bir xahiş etməyi də unutmayıb.

Aparıcı Rövşən Məmmədovdan həmin diktorların Dövlət Televiziyasında yenidən işlə təmin edilməsini istəyib: Marqarita pizza

"Mən sədrdən efir vasitəsi ilə xahiş edərdim ki, bu diktorlarımıza da iş versələr yaxşı olardı. Çünki çoxlarını işdən uzaqlaşdırdılar. Amma o cür insanları işdən, sənətdən uzaqlaşdırmaq lazım deyildi. Rusiya telekanallarında yaşlı insanlar xəbərlər aparır. Məncə onlar televiziyada olsa daha gözəl olar. Bizdə 60 olan kimi "Bu artıq qocalıb, çıxartmaq lazımdır"... Gənclər onlardan bəhrələnməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!