Zaur Kamala həmişəlik efir qadağası qoyulsun! – Tələb 

saytların hazırlanması

Evə çatdırılma

Zaur Kamala həmişəlik efir qadağası qoyulsun! – Tələb 

Sosial

30 İyun 2022 11:38 59408


Teleaparıcı Zaur Kamala həmişəlik efir qadağası qoyulması haqda tələblər səslənir.

“Yeni Sabah” xəbər verir ki, bu ictimai tələb “Həmin Zaur” proqramının ötəngünkü buraxılışında Zaur Kamalın iranlı müğənni Afşin Azərini canlı efirdən qovmasından sonra başlayıb.

Həmin görüntüləri izləyən cəmiyyətin tanınmış simaları hazırda sosial şəbəkələrdə teleaparıcının dəfələrlə canlı efirdə efir qaydalarına uyğun olmayan hərəkətlər etdiyini əsas gətirərək ona efir qadağasının qoyulmasını, Azərbaycan teleməkanından uzaqlaşdırılmasını tələb edirlər. Hətta onun həmkarları da bu tələbi səsləndirir. Dominos pizza

Bildirək ki, ötən gün baş verən hadisə zamanı Zaur Kamal efirdən əvvəl Afşin Azəri ilə aralarında olan söhbəti canlı yayımda səsləndirib. Müğənni isə “iki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar" cavabı verib. Sosial şəbəkə istifadəçiləri bunu iranlı müğənninin teleaparıcıya kişilik dərsi keçməsi kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı bu saata qədər hələlik Zaur Kamalın çalışdığı ARB telekanalından hər hansı açıqlama verilməyib. Telekanal rəhbərliyinin bu ictimai tələbə hansı reaksiya verəcəyi maraqla gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Abbasov Novruz Salexovic
    Bu məsələ umumxalq müzakirəsinə cıxarılmalıdı.Kanal baykot edilməlidi və Zaurun verlişi baglanmalıdı! BUqədər hörmətsizlik olmaz.O insan bizim qardaşımız,canimizdı.Zaur sən kimsən ki onu bu cür aşşalıyırssn??? Xahiş edirəm bu məsələni ictimailəşdirin..
    4 years ago