Zaurun paylaşımı izləyiciləri təəccübləndirdi  – Bu dəfə vəziyyət ciddi idi?   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Zaurun paylaşımı izləyiciləri təəccübləndirdi – Bu dəfə vəziyyət ciddi idi? + VİDEO

Şou

16 İyul 2025 11:06 438


Tanınmış televiziya aparıcısı Zaur Baxşəliyev sosial media hesabında paylaşdığı yeni video ilə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, aparıcı "Instagram" hesabında yayımladığı görüntüyə “Psixoloqa gedənə qədər sevdiklərinizlə vaxt keçirin” qeydi əlavə edib. 

Videoda Zaur həyat yoldaşı Günay Baxşəliyevanı çağırdığı anda onun əsəbi şəkildə reaksiya verdiyi, yəni Zaurun üstünə qışqırdığı əks olunub. Pepperoni pizza

Paylaşım qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub. İzləyicilər videonu gülüşlə qarşılayıblar.

Qeyd edək ki, Zaur və Günay cütlüyü tez-tez sosial mediada həyatlarından kadrlar paylaşaraq, həm səmimiyyətləri, həm də yumor dolu yanaşmaları ilə izləyicilərin marağına səbəb olurlar.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!