Ukrayna prezidenti Volodimir Zelenski qərbli tərəfdaşlarını kömək etməyə çağırıb.
Yenisabah.az xəbər verir ki, prezident Zelenski Davosda keçirilən Rusiya Müharibə Cinayətləri sərgisi zamanı müvafiq çıxışı edib.
Onun əsas mövzusu Ukraynada rus hərbçilərin və Rusiya rejiminin törətdiyi hərbi cinayətlərin dəhşətlərinin nümayişi olub: Toyuqlu pizza
“Rusiya Ukraynanın yandırılan hər bir şəhər və kəndinə görə, rus raketləri, bombaları və minaları ilə məhv edilən hər bir ukraynalı ailəyə, onların həyatına görə cavabdeh olmalıdır”.
Zelenski, həmçinin, vurğulayıb ki, bu tarixi dərsi nəzərə almaq vacibdir və bu cür terror müharibələrinin bir daha baş verməsinə heç vaxt icazə verilməməlidir:
“Ancaq Rusiya Federasiyasının şəxsiyyətindəki şər hələ də cəzalandırılmayana qədər bunu etmək olmaz. Dünya ədaləti bərpa etməlidir.
Rusiyanın Ukraynaya qarşı apardığı bu terror müharibəsi sonuncu müharibəyə çevrilməlidir. Bir daha heç bir başqa dövlət belə terror yoluna getməməlidir. Bu, cinayətkarlardan qisas almaqla təmin olunmayacaq. Buna görə də ədalətə ehtiyac var”.
Telegram kanalımız