Zelenski G7 sammitində şəxsən iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Zelenski G7 sammitində şəxsən iştirak edəcək

Dünya

19 May 2023 09:08 650


Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hiroşima şəhərində keçiriləcək G7 sammitində şəxsən iştirak edəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Bloomberg" və "Reuters" agentlikləri mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Zelenskinin sammitə onlayn qoşulacağı bildirilib. pizza sifarişi

Qeyd edək ki, G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, İtaliya, Kanada) sammiti bu gün, mayın 19-da başlayıb və üç gün davam edəcək. Avstraliya, Braziliya, Cənubi Koreya, Vyetnam da tədbirdə iştirak etmək üçün dəvət alıb. Bu il G7-yə sədrlik edən Yaponiya Ukrayna müharibəsinin müzakirəsinə üstünlük verib. Sammitdə Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyinin elan ediləcəyi planlaşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!