Ukraynanın Rusiyaya qarşı uğurlu hücumları Putin ətrafında zəhərli bir atmosfer yaradıb. Bunu onun yaxın ətrafı da etiraf edir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Facebook"dakı axşam video müraciətində bildirib.
Zelenski qeyd edib ki, hazırda Kremlin başçısı ətrafında yeni, çox xoşagəlməz bir atmosfer yaranıb. pizza sifarişi
"Əlbəttə ki, cəbhədəki vəziyyət, uzun və orta mənzilli zərbələrimizlə bağlı vəziyyət Putin ətrafında yeni - çox zəhərli bir atmosfer yaradır ", - deyə prezident bildirib.
Zelenski əmindir ki, müharibənin başlamasının və bitməməsinin tək səbəbkarı Putindir: "Rusların itkilərin səbəbkarı yalnız Putindir. Putinin ətrafı bunu başa düşür. Rusiya cəmiyyəti bunu getdikcə daha çox hiss etməyə başlayır. Ukrayna müharibənin ləyaqətli şəkildə başa çatmasını təmin etmək üçün hər şeyi edir”./Teleqraf
Telegram kanalımız