Zeynəb efirdə Kəramətə qəzəbləndi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Zeynəb efirdə Kəramətə qəzəbləndi - Video

Şou

04 İyun 2019 15:32 1115


ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonaqları ifaçı Zeynəb Dostəliyeva və gənc yazar Kəramət Böyükçöl olub.

"Yeni Sabah" xəbər verir ki, sənətçi aşıqları tənqid edən yazara qəzəblənib:

“Kəramət özünü yığışdır. Əvvəlcə oturmağın qaydasını öyrən. Arabir təhqirə keçirsən. İntellektin var, get alimlik et. İndiki kimi yadımdadır o vaxt verilişdə Elgiz sənə dedi ki, dur, çıx buradan. Sənin orada dediyin şeir deyildi, o əxlaqsızlıq, tərbiyəsizlik idi. Səninlə qətiyyən intriqam olmamalıydı. Səni mənə ziyalı övladı kimi tanıdıblar. Amma sən məni məcbur etdin. Özündən çox razısan, insanları özündən aşağı görürsən. Yeri gələndə Aşıq Sərdarın yanında sən heçkimsən, sıfırsan. Niyə ona tarixdən sual verirsən? Məgər o bura imtahan verməyə gəlib? Suallarına fikir ver”. Pepperoni pizza

Kəramət Böyükçöl isə verilişdən qovulmadığını iddia edib:

“Məni heç kim qovmadı, özüm çıxıb getdim. Efir vasitəsi ilə deyirəm. Elgizin o sözünü tap mənə göstər sənə 10 min dollar pul verərəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!