Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Yenisabah.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan iki matçdan biri başa çatıb. "Zirə" "Neftçi"ni qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci görüşündə "Qəbələ" "Qarabağ"ın qonağı olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması dekabrın 19-u keçiriləcək.
8 dekabr (cümə axşamı)
18:00. “Zirə” – “Neftçi” - 1:0
Qol: Rəhim Sadıxov, 54
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu
Zirə İK stadionu
Telegram kanalımız