Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yaranmasının 99-cu ili tamam olur.
"Yeni Sabah" xəbər verir ki, 1920-ci il martın 1-də Azərbaycanın ilk milli xəbər agentliyi fəaliyyətə başladı. Martın 2-də "Azərbaycan" qəzetində "AZƏRTAC" imzası ilə ilk xəbərlər dərc olundu. Lakin o, müstəqil agentlik kimi yalnız iki ay fəaliyyət göstərə bildi. Həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə AZƏRTAC-ın da çətin günləri başladı.
Bu gün AZƏRTAC ölkə həyatının bütün sahələrinə dair hər gün fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 10 mindən çox xəbər, 50 mindən çox foto, 1400-dək videoxəbər, eləcə də infoqrafika materialları daxildir. AZƏRTAC regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir. Ölkə həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri operativ işıqlandıran agentlik, eyni zamanda, informasiyanın qloballaşdığı dövrümüzdə müstəqil Azərbaycanın uğurlarının daha geniş coğrafiyada təbliğinə nail olub. Agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsinə yayılır. AZƏRTAC dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurlu əməkdaşlıq edir. Marqarita pizza
Telegram kanalımız