10390 manat aliment borcu olan kişi həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

10390 manat aliment borcu olan kişi həbs edildi

Sosial

22 Avqust 2022 17:02 1134


Bərdədə məhkəmə tərəfindən təyin olunmuş aliment ödəməyən şəxs həbs edilib.

“Yeni Sabah” xəbər verir ki, rayon sakini 1978-ci il təvəllüdlü Anar Qasımlı (ad və soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 306.1-ci ( Məhkəmənin hökmünü, qərarını və yaxud digər aktını icra keçirməmə) maddəsi ilə iş açılıb. İşə Bərdə Rayon Məhkəməsində baxılıb. 

Məlum olub ki, A. Qasımlı birinci həyat yoldaşı olan Arzu Mürsəlova ilə 2000-ci ildə ailə qurub. Onların evliliyindən 2004 və 2006-cı illərdə iki övladları dünyaya gəlib. Nikah 2009-cu ildə pozulub və Bərdə Rayon Məhkəməsinin 2009-cu il tarixli qətnaməsinə əsasən hər ay hər uşağa görə 25 manat olmaqla, cəmi 50 manat, Ucar Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsinə əsasən isə alimentin məbləği artırılaraq uşaqlar yetkinlik yaşlarına çatana kimi  hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat məbləğində aliment tutularaq Arzuya verilməsi qət edilib.  Sezar pizza

Lakin o, qeyd edilən məbləği ödəməyib və ümumi 4790 manat borcu yaranıb. Arzudan ayrıldıqdan sonra Anar 2009-cu ildə Günel Yusubova (ad soyad şərtidir) ilə ailə həyatı qurub və nikahdan 2010 və 2012-ci illərdə iki oğlu dünyaya gəlib. 2018-ci ildə Günellə nikahı sonlandırdıqdan sonra Bərdə Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsinə əsasən ondan uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Günel Yusubovaya verilməsi qət edilib. 

Lakin A. Qasımlı bu məbləği də ödəməyib və onun 5600 manat borcu yaranıb və onun ümumilikdə 10390 manat məbləğində aliment borcu yığılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən A. Qasımlı özünü təqsirli bilərək bildirib ki, 2019-cu ildən 2022-ci ilin fevral ayınadək Bakı şəhərində yaşamaqla müxtəlif tikinti şirkətlərində fəhlə işləməklə günə 15-20 manat, hər ay 450-600 manat qazancı olub: “2022-ci ilin fevral ayından Bərdə rayon Qaradəmirçi və Lək kəndlərində fərdi qaydada alaq vurmaqla fəhləliklə məşğul olmuşam və günə 10-15 manat, ayda 300-350 manat qazanc əldə etmişəm. Zərərçəkmiş şəxslərə olan aliment borcunu ödəməyə imkanının yoxdur. Məhkəmədən köməklik göstərilməsini xahiş edirəm.”

Anar Qasımlıya Bərdə Rayon Məhkəməsinin avqustun 18-də çıxardığı hökmə əsasən 1 il həbs cəzası verilib.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!