Ağstafa rayonu, Saloğlu qəsəbəsində yerin altından 139 ədəd müxtəlif növ hərbi sursat tapılıb.
"Yeni Sabah“ xəbər verir ki, partlamamış hərbi sursatlar 20 fevral tarixində Agentlik tərəfindən Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində evlərin, həyətyanı sahələrin və yolların partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi zamanı yerin altında aşkar edilib.
Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə birlikdə baxış keçirilib. Zərərsizləşdirilməsi üçün mərkəzi məhvetmə ərazisinə daşınıb. pizza hut
Telegram kanalımız