Keçmiş komandirinə qarşı quldurluq etdiyinə görə həbs edilən şəxs Ali Məhkəməyə kassasiya şikayəti verib.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirləndirilən Yusifov Araz Babək oğlunin məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək. İttiham aktına görə, Araz Yusifov 2002-ci ildə Cəlilabadda Göytəpə qəsəbəsində hərbi xidmətdə olan zaman zərərçəkmiş qismində tanınan Rəvan Ağayev onun bölük komandiri olub və onu döyüb, işgəncə verib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Rasim Sadıxovun sədlriyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəvan Ağayevə qarşı quldurluq ediblər. Belə ki, onlar Rəvan Ağayevi yolda döyərək cibində olan pulunu və telefonunu götürüblər. Təqsirləndirilən şəxslər Rəvan Ağayevə yumruq, təpik, dəmir parçası və bıçaqla da zərbələr endiriblər.
Araz Yusifov və Mikayıl Qafarov elan olunan ittihamla özlərini qətiyyən təqsirli bilməyiblər. Qulu Səfərzadə isə özünü qismən təqsirli bildiyini deyib. Məhkəmədə zərərçəkmiş Rəvan Ağayev ifadə verib. O, deyib ki, yolda gedərkən əvvəllər tanımadığı Araz Yusifov qarşısına çıxıb. Ona cibindən pulunun düşdüyünü deyib: “Mən aşağı tərəflə gəlirdim. Amma o mənə yuxarı yolu göstərərək dedi ki, cibimdən pulum düşüb. Mən isə ona gülərək dedim ki, yolun əks tərəfindən gəlirəm. Elə bunu deyəndə arxadan iki nəfərin də gəldiyini gördüm. Üzümü Araza tərəf döndərəndə gözümün altından bir yumruq vurdu. Başımı qaldıranda bir yumruq da gözümün üstündən vurdu”. pizza sifarişi
Rəvan Ağayev qeyd edib ki, yerə yıxılan zaman ona arxadan zərbələr də vurulub. O, iki bıçaq zərbəsi aldığını və təqsirləndirilən şəxslərdən birinin də əlində dəmir parçası olduğunu deyib. R.Ağayev cibində olan pulunun və telefonunun götürüldüyünü söyləyib. Məhkəmədə ifadə verən Araz Yusifov bu cinayət əməlini törətmələrinin səbəbini danışarkən deyib ki, məqsədləri quldurluq edib, əmlak ələ keçirmək olmayıb. O deyib ki, tanışı Qulu Səfərzadə ilə birlikdə Rəvan Ağayevi döyüblər: “Həmin vaxt mən Rəvan Ağayevin sifətinə bir dəfə yumruqla vurmuşam. Onu döyməyimizin səbəbi isə mən 2002-2003-cü illərdə hərbi xidmətdə olduğum zaman Rəvan Ağayev bölük komandiri vəzifəsində işləyirdi. Rəvan Ağayev dəfələrlə məni təhqir edib döymüşdü. Onun tabeçiliyində olmağımdan sui-istifadə edərək mənə qarşı təhqiredici ifadələr işlədib, döyüb. Məni döyərkən alnıma yetirdiyi xəsarətin izi bu gün də qalmaqdadır. Hər dəfə o izləri görəndə Rəvan Ağayevi xatırlayıram”.
Araz Yusifov deyib keçmiş komandirini şəhərdə görərkən ondan qisas almaq zamanı çatdığını düşünüb: “Mən onu hadisədən təxminən 10 gün əvvəl Bakı şəhərində "20 Yanvar” metro stansiyasının yaxınlığında gördüm. Bundan sonra bir neçə dəfə də onun eyni vaxtda həmin ərazidən keçdiyini görüb başa düşdüm ki, o, həmin vaxtlarda oradan işə gedir. Onu döydürüb ondan qisas almaq qərarına gəldim”.
Məhkəmədə məlum olub ki, Araz Yusifov bu əməlində ona kömək edən dostlarına 400 manata qədər pul da vəd edibmiş. Bu hadisədən sonra ilk olaraq polis əməkdaşları Qulu Səfərzadəni saxlayıblar. Polis əməkdaşları Qulu Səfərzadədən zəng edərək Araz Yusifovu görüşə çağırmasını istəyiblər. Araz “Elmlər Akademiyası”nın qarşısına görüşə gedərkən saxlanılıb.
Azər İsrafilov
Telegram kanalımız