Bakıda bu yollar bağlı olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu yollar bağlı olacaq

Sosial

08 May 2026 21:10 117


Həftəsonu daha iki küçədə təmir işləri icra ediləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zülalov küçəsinədək olan hissədə) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək olan hissədə) asfalt-beton örtüyünün yenilənməsi işləri aparılacaq. Dördpendirli pizza

Təmir işləri 8 may saat 22:00-dan 9 may saat 23:00-dək, 10 may saat 22:00-dan 11 may saat 23:00-dək həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, aparılan işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!