16 nəfər Suriyadan Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

16 nəfər Suriyadan Azərbaycana gətirildi

Sosial

04 Avqust 2023 13:43 763


Avqustun 3-də Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 16 nəfərin repatriasiyası həyata keçirilib.

Yenisabah.az XİN-ə istinadla xəbər verir ki, repatriantların 3 nəfəri qadın və 13 nəfəri uşaqdır. Uşaqlardan bir nəfəri hər iki valideynini itirib.

Azərbaycan hökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi baş tutub. Pepperoni pizza

Bu prosesin reallaşmasına Türkiyə Respublikası tərəfindən dəstək verilib. Əvvəl vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.

İraq və Suriyadan Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin repatriantların vətənə qayıdışı üçün Türkiyə Respublikasına ezam edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!