17 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

saytların hazırlanması

Evə çatdırılma

17 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Sosial

24 Yanvar 2024 12:58 72054


Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafi ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-65 % olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq. 

Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Еl
    Diqqət cəlb edilsin deyə bu cur xəbər baçlıqlar yazmaq SAVADSIZLIQDI.
    2 years ago
  • ????
    Dünyada qlobal istiləşmə gedir bunlar Azərbaycannı doldurdu ????
    2 years ago
  • Azer
    -17dereceni bu zarafata oxwar xeberi oxuduqdan sora hiss eledik)))
    2 years ago
  • Ali
    Serefinizle isleseniz yaxsi olar mence. Sonra deyirler jurnalistlere hormet edin. Bunlarin neyine hormet edesen... Ozlerinde hava kuleklidi bunlarin.
    2 years ago
  • Mahmid
    Osturaga basmaq da pulnan deyil ki
    2 years ago
  • Borya
    Elə bir sahə yoxdur ki baxasan ürəyin açıla.şərəfsizliklə pul qazanmağın adı nədir?başlığı düzgün yazin
    2 years ago
  • Nicat
    Çox dəxlisiz xəbərdi. 17 dərəcə şaxta olacaq deyə başlıq qoymaq olmaz. Yazanda fikirləşin məlumat verin. Bu dəqiqə hər kəsin telefonunda hava haqqının məlumatı var özdə həfdəlik
    2 years ago
  • Haller
    Ozun yazdigini ozun oxuyursan?!...mudirin nece?!...ozune hormet eden yalan yaxmaz...neticeni ozun coxar.
    2 years ago
  • Ali
    Seviyyesiz xeber
    2 years ago
  • Elman
    Biz donsaq nədən istifadə edək??? Nədən istifadə edək ki biz donmayaq.
    2 years ago
  • Hidayət
    Başqa sahələrdə olduğu kimi bu Jurnalistikada da savadsızliq, saxtakarlıq, səviyyəsizlik, səriştəsizlik, insanlara, oxuculara hörmətsizlik baş alib gedir. Yazdiğinin başi ilə "dali" uyğun gəlmir
    2 years ago
  • Rasimoglu
    Waxta ne gerek var? Heyat icimzdeki insanliqi dondurub 17 derecede dozerik
    2 years ago
  • Adil
    İnsanlari aldatmaq az bir seyi şişirtmek tehqir deyil? Ne qədər yalan yazmaq olar!?..
    2 years ago
  • İbrahim
    Salam. Başlığı yazanda elə yazın ki insanlarda stress yaratmasın. Mən əksinə soyuğ şaxtalı havanı sevirəm və qorxum yoxdur. Qar şaxta sağlamlığdır
    2 years ago
  • Seymur
    17 derece bizde hergun olur donmurug ele olirki gunuz 20 .25 gece .30.35 olur
    2 years ago
  • TELMAN ALI CEFER
    Dağda da olmasın,harda olsun,17 dərəcəylə Azərbaycanı bütov dondurdunuz,pess.50 60 dərəcəli şaxtayla Rusya donmur, bizə nə olajaq? Başlığı bir az doğru yazsanız yaxşı olar.
    2 years ago