Evdə it-pişik saxlayanların nəzərinə -   Yeni qaydalar qüvvəyə mindi

saytların hazırlanması

Evə çatdırılma

Evdə it-pişik saxlayanların nəzərinə - Yeni qaydalar qüvvəyə mindi

Sosial

04 May 2026 10:16 31119


Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları 2026-cı il mayın 4-dən qüvvəyə minib.

“Yeni Sabah” Trendə istinadən xəbər verir ki, yaşayış (fərdi inşa edilmiş ayrıca bina istisna olmaqla), ictimai, inzibati və istehsalat binalarında sığınacaqların yaradılmasına yol verilməyəcək.

Sığınacaqlar epizootik cəhətdən sağlam olan ərazilərdə yerləşdirilməli və ərazinin epizootik vəziyyəti daim nəzarətdə saxlanılmalıdır. Pepperoni pizza

Sığınacaqlar yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) aşağıdakı ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə yerləşdiriləcək:

- avtomobil yollarından - 30 metr;

- fermalardan - 100 metr;

- su hövzələrindən - 100 metr;

- sənaye müəssisələrindən - 100 metr;

- yaşayış binalarından - 100 metr.

Tibbi müayinədən keçməyən, vərəmli xəstə, eləcə də bədənində irinli açıq yarası, qoturluğu olan, habelə yaşı 18-ə çatmayan şəxslərin heyvanlara xidmət etməsinə icazə verilməyəcək.

Sığınacaqda çalışan bütün işçilər heyvanlardan keçə biləcək xəstəliklərə qarşı peyvənd edilməli və heyvanların baxımı, təlimi və xəstəlikləri barədə baytarlıq mütəxəssisi tərəfindən məlumatlandırılmalıdırlar.

Sığınacaqda çalışan hər bir şəxs gigiyena qaydalarına ciddi riayət etməli, təmiz xüsusi geyimlə (xalat, önlük və s.) və fərdi mühafizə vasitələrilə (əlcək, maska, respirator, eynək) təmin edilməlidir. Hər bir heyvanda aparılan baytarlıq xidmətlərindən sonra əlcəklər yenilənməlidir.

Baytarlıq preparatlarının və yemlərin saxlanıldığı otaq və ya bölməyə işçi heyətindən başqa kənar şəxslərin girişinə icazə verilməməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vasif Abbasv
    Salam bu qərarı kim qüvvəyə mindirir Ölkədən çıxaq gedək imtna edək ölkədən bəsdirində gecə yatırlar yuxuda nə görürlər Milətin Başında catlayır!!!!!????????????????????
    6 days ago
  • Shamsaddin
    Binalarda it saxlayan vətəndaşlara vergi və rüsum tətbiq edilməlidir. Onun saxlamaq hüququ varsa,mənim də hüquqlarım pozulmamalıdır. Mən iyrənirəm,liftə minəndə allergiya tuturam. Blokdan,liftdən üfunət iyisi gəlir,mikrob mənbəyidir. Ümumiyyətlə isə, çox mərtəbəli binalarda itlərin saxlanılması qadağan olunmalıdır.
    7 days ago