Rusiya Prezidenti Vladimir Putin Sergey Melikovu Dağıstan Respublikasının rəhbəri vəzifəsindən azad edib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Putin bu barədə müvafiq fərman imzalayıb.
Sənəd Rusiyanın hüquqi aktlar portalında dərc edilib.
“Dağıstan Respublikasının rəhbəri Melikov S.A.-nın öz istəyi ilə istefası qəbul olunsun”, - deyə fərmanda qeyd olunur.
Dağıstanda boş qalmış posta müvəqqəti olaraq Fedor Şukin təyin olunub. O, buna qədər Dağıstan Ali məhkəməsinin sədri vəzifəsini tutub.
Telegram kanalımız