2 gün sonra nişanı olacaq polis Şamaxıda dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

2 gün sonra nişanı olacaq polis Şamaxıda dəfn olundu

Sosial

20 Sentyabr 2023 14:01 414


Sentyabrın 19-da Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan polis əməkdaşının nəşi Şamaxı rayonuna gətirilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Şamaxı şəhərindəki Cümə məscidinə cənazə namazı qılınıb.

Daha sonra şəhid polis Şamaxının Qəleybuğurd kəndinin qəbiristanlığında dəfn olunub. Pepperoni pizza

Dəfn mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Qeyd edək ki, əslən Şamaxının Qəleybuğurd kəndindən olan Abdullayev Seyfi Fəqan oğlu 1994-cü il sentyabrın 22-də anadan olub.

Sentyabrın 22-də doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.

O, ötən gün Füzuli rayon ərazisində baş verən ağır yol qəzasında həlak olub. Onunla yanaşı qəzada daha iki polis həlak olub, 6 nəfər xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!