Şəmkirdə bədbəxt hadisə baş verib.
“Yeni Sabah” Lent.az-a istinadla bildirir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.
Belə ki, sözügedən kənddə vətəndaş ona məxsus evin həyətində quyu qazan zaman torpaq uçqunu olub. Marqarita pizza
Nəticədə iki nəfər torpağın altında qalıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri cəlb edilib.
Bir nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər şəxs isə huşsuz vəziyyətdədir və hazırda onun xilas edilməsi istiqamətində xilasedicilər tərəfindən tədbirlər həyata keçirilir.
Bədbəxt hadisə nəticəsində ölən Göygöl rayon sakini, 44 yaşlı İlqar Quliyevdir. Xəsarət alan isə Şəmkir rayonu Yeni Yol kənd sakini, 53 yaşlı Ələddin Bayramovdur.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız