200-dən çox sənətçi nazirə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

200-dən çox sənətçi nazirə müraciət etdi

Sosial

12 Fevral 2019 23:00 906


Azərbaycanın ilk müstəqil teatrı olan ADO maliyyə çətinliklərindən dolayı məkanını itirə bilər.

"Yeni Sabah" xəbər verir ki, yaranmış problemlə bağlı 200-dən çox incəsənət nümayəndəsi mədəniyyət naziri Əbülfəs Qarayevə açıq müraciət edib.

Bu barədə teatrın rəsmi səhifəsi məlumat yayıb. Müraciətdə bildirilir: Dördpendirli pizza

“Cənab Nazir! ADO Teatrı ölkəmizdə artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində teatr, çoxlu sayda yerli və beynəlxalq layihələrdə uğurla iştirak edib. Hazırda isə, teatr Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 245 ünvanında yerləşən məkanını itirmək təhlükəsi ilə üz-üzə qalıb, icarə haqqını ödəməkdə çətinlik çəkir.

ADO teatrının məkan probleminin həll olunması istiqamətində müvafiq addımlar atmağınızı sizdən xahiş edirik. Hesab edirik ki, adı çəkilən teatrın fəaliyyətinin davam etməsi – Azərbaycanın müasir mədəniyyətinin formalaşmasında müsbət rol oynayacaq”.

Müraciətə 211 şəxs qoşulub. Onların sırasında xalq artistləri Fəxrəddin Manafov, Ramiz Novruz, Afaq Bəşirqızı, Rəfael Dadaşov, Həmidə Ömərova, əməkdar artirlər Ayşad Məmmədov, Gülzar Qurbanova, Bəsti Cəfərova, müğənnilər Elnur Hüseynov, Diana Hacıyeva və başqa tanınmış şəxslər yer alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!