22 yaşlı TikTok fenomeni qəfil öldü

saytların hazırlanması

Evə çatdırılma

22 yaşlı TikTok fenomeni qəfil öldü

Dünya

16 Sentyabr 2026 12:00 110


Braziliyalı TikTok fenomeni Duda Alves 22 yaşında dünyasını dəyişib.

“Yeni Sabah” xəbər verir ki, əsl adı Maria Eduarda Alves dos Santos olan fenomenin vəfat etdiyi ailəsi və yaxınları tərəfindən açıqlanıb. 745 mindən çox izləyicisi olan Duda Alves sosial şəbəkədə gündəlik həyatda sevmədiyi məqamları yumorla və bəzən sərt üslubda danışdığı videolarla tanınırdı.

Gənc fenomenin ölüm səbəbi açıqlanmayıb. Onun ölümü ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılsa da, bunların heç biri ailəsi və ya yaxınları tərəfindən təsdiqlənməyib. Dördpendirli pizza

Fenomen izləyiciləri arasında “hər şeydən nifrət edən qız” kimi tanınırdı. O, gündəlik həyatından müxtəlif görüntülərlə yanaşı, dostları və sevgilisi ilə keçirdiyi anları da sosial media hesabında paylaşırdı.

Yaxınları Duda Alvesin sosial mediada yaratdığı “hər şeydən nifrət edən qız” obrazından fərqli olaraq, əslində şən, yardımsevər və ətrafındakı insanlara bağlı biri olduğunu bildiriblər.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!