Fransada oktyabrın 31-də baş verən iğtişaşlar zamanı təxminən 80 nəfər xəsarət alıb.
"Yeni Sabah" "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransa Mülki Müdafiə Xidməti məlumat yayıb.
Məlumata görə, xəsarət alanlardan 18-i təhlükəsizlik qüvvələrinin əməkdaşı, 60-ı isə etirazçıdır. Etiraz aksiyalarının dörd iştirakçısının vəziyyəti ağırdır. pizza
Qəzetin yazdığına görə, iğtişaşlar zamanı 20 ticarət obyektinə ziyan dəyib. Bu göstərici əvvəlki həftələrdə keçirilən etiraz aksiyaları zamanı qeydə alınan göstəricilərlə müqayisədə xeyli aşağıdır.
Qeyd edək ki, oktyabrın 31-də Fransada ardıcıl üçüncü şənbə günü ümummilli etiraz aksiyaları keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkə üzrə aksiyalarda 320 min nəfər, o cümlədən Parisdə 70 min nəfər iştirak edib.
Aksiya təşkilatçıları isə etirazçıların sayının Fransa üzrə təxminən 500 min, Parisdə isə 200 min nəfər olduğunu iddia edirlər. Ümumilikdə, aksiyalar zamanı 565 nəfər saxlanılıb./Oxu.az
Telegram kanalımız