Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi büdcə təşkilatlarının nümayəndələri üçün keçirilən 5 günlük “e-mühasibat” təlimlərini yekunlaşdırıb.
“Yeni Sabah” xəbər verir ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) çərçivəsində təşkil olunan təlimlərdə 261 dövlət qurum və təşkilatından 412 maliyyə-mühasibatlıq mütəxəssisi iştirak edib.
Təlimin əsas məqsədi elektron mühasibatlıq sisteminin tətbiqinə hazırlığı təmin etmək, istifadə qaydalarını və praktiki bacarıqları mənimsətmək olub. Proqram çərçivəsində iştirakçılara ilkin qalıqların daxil edilməsi, əsas vəsaitlərin və ehtiyatların uçotu, yerdəyişmə əməliyyatları, eləcə də konsolidə edilmiş maliyyə hesabatlarının tərtibi sistem üzərində praktiki olaraq nümayiş etdirilib. Toyuqlu pizza
İnteraktiv formatda keçirilən təlimlərin növbəti mərhələdə digər dövlət qurumlarının nümayəndələri üçün də davam etdirilməsi planlaşdırılır.
Telegram kanalımız