Pezeşkian Ali Rəhbərin tapşırığını   ELAN ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian Ali Rəhbərin tapşırığını ELAN ETDİ

Dünya

09 Noyabr 2026 16:15 41


"Biz dialoq və danışıqlar tərəfdarıyıq".

"Yeni Sabah" APA-nın məlumatına görə xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib.

O deyib ki, İranın Ali Rəhbəri “nə müharibə, nə sülh” vəziyyətinə son qoyulmasını tapşırıb: İnternet mağaza

“Biz ləyaqətlə dialoq apara və məsələni ləyaqətlə həll edə bilərik. Biz dialoq və danışıqlar tərəfdarıyıq. Məntiq tələb edir ki, əgər öz haqqımızı danışıqlar yolu ilə əldə edə biliriksə, özümüzü müharibəyə cəlb etməyək. Lakin güc və zorakılıq qarşısında da təslim olmayacağıq”.

Pezeşkian əlavə edib ki, BMT Baş Assambleyasındakı çıxışında da İranın ədalətə, bərabər və bərabərhüquqlu şəraitə əsaslanan dialoqun tərəfdarı olduğunu, öz hüquqlarını tələb etdiyini, lakin güc qarşısında təslim olmayacağını vurğulayıb.

İran Prezidenti benzin, elektrik enerjisi və qaz da daxil olmaqla enerji istehlakının idarə olunmasının və qənaətin vacibliyini də qeyd edib. O bildirib ki, istehlakın düzgün idarə olunması ilə istehsalın dayanmasına imkan verilməməlidir.

Pezeşkian ölkənin imkan və potensialından istifadə etməklə çətinliklərin aradan qaldırılması və davamlı tərəqqinin təmin olunması üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!