3-cü dozanı “Pfizer” vurdura bilərikmi? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

3-cü dozanı “Pfizer” vurdura bilərikmi? - Açıqlama

Sosial

04 Fevral 2022 12:27 734


Birinci və ikinci dozanı “Pfizer” vaksini vurduranlar üçüncü dozanı da “Pfizer” vurdura bilərlər.

Yenisabah.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

O bildirib ki, vətəndaşlar 3-cü doza olaraq istədikləri növ peyvənddən istifadə edə bilərlər. Dominos pizza

Qeyd edək ki, Azərbaycanda koronavirus əleyhinə “Pfizer-BioNTech” vaksini vurulan tibb müəssisələrinin sayı yanvar ayında 2 dəfə artırılıb. Hazırda ölkəmizdə 68 tibb müəssisəsində “Pfizer” vurulur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!