5 nazir vəzifəsindən gedəcək

saytların hazırlanması

Evə çatdırılma

5 nazir vəzifəsindən gedəcək

Dünya

15 Fevral 2025 19:38 926


Türkiyənin “Posta” qəzetinin yazarı Murat Çelik SÖZCÜ TV-də Özlem Gürsesin hazırladığı və təqdim etdiyi “Para Politika” verilişinin qonağı olub.

Yenisabah.az xəbər verir ki, jurnalist Çelik Ankara kulislərindən aldığı son məlumatları paylaşıb.

Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərliyi və parlament qrupunun dəyişəcəyini deyən Çelik hökumətdən 5 nazirin də dəyişəcəyini iddia edib. Toyuqlu pizza

“Qurultaydan sonra ciddi dəyişiklik olacağını bilirik. Vitrində müəyyən adlar və partiya rəhbərliyi dəyişəcək. Dəyişiklik zənciri olacaq. Partiya rəhbərliyi, parlament qrup rəhbərliyi, bəlkə də hökumətin tərkibi”, - deyə o bildirib.

Jurnalist qeyd edib ki, Ankara kulislərindən öyrəndiyinə görə 3-4 nazir dəyişikliyi gözlənilir: 

“Ən azından aldığım məlumat budur. Bəziləri az deyir, bəziləri çox deyir. Bəziləri yox deyir, amma mən belə hiss edirəm. 4 nazir, maksimum 5 nazirin dəyişəcəyi barədə məlumatlar alıram. Dəqiq ad çəkmək düzgün olmazdı”. /News24.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!