Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə   AĞIR CƏZA

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA

Kriminal

07 May 2026 21:03 124


Şəkidə arvadını qətlə yetirməkdə təqsirləndirilən Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

Həmid Əliyevin digər cinayət işi ilə bağlı məhkəmənin təyin etdiyi cəza qismən birləşdirilərək ona yekun olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Dördpendirli pizza

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!