Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı   ŞOK HƏRƏKƏT - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı ŞOK HƏRƏKƏT - VİDEO

Sosial

07 May 2026 21:23 463


Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinə aid şəkil və videolar sosial şəbəkələrdə icazəsiz paylaşılır.

"Yeni Sabah" xəbər verir ki, iddialara görə, həmin görüntülər üzərində qeyri-etik dəyişikliklər edilir və paylaşımlar əsasən şagirdlər tərəfindən yayılır. Bu cür davranışlar müəllim nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, təhsil mühitində etik normaların kobud şəkildə pozulmasına səbəb olur.

Bəs belə halların yaranmasına səbəb nədir? pizza sifarişi

Psixoloq Ofelia Əliyevanın sözlərinə görə, ilk növbədə uşaqların müəllimlərə qarşı aqressiyasının kökündə dayanan səbəblər araşdırılmalıdır:

"Burada müəllimlərin tükənmişlik sindromu rol oynaya bilər. Müəllimlər uşaqlarla emosional bağı düzgün qura bilməyə bilərlər. Bu, məsələnin bir tərəfidir. Digər tərəf isə valideynlərin uşaqlara aqressiyanı düzgün idarə etməyi öyrətməməsidir. Bu gün sosial media hər kəsin əlindədir və uşaqlar heç bir senzura olmadan müxtəlif platformalardakı trendlərlə tanış olurlar. Bəzən həmin trendin mənasını bilmədən bunu zarafat məqsədilə edirlər, bəzən isə nə etdiklərini anlayaraq davam etdirirlər. Hər iki halda problem düzgün maarifləndirmənin aparılmamasından qaynaqlanır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!