Hantavirus əlamətləri müşahidə olunan bir qadın cinsli xəstə Amsterdam Universitetinin Tibb Mərkəzinə qəbul edilib.
"Yeni Sabah" xəbər verir ki, pasiyentin səhhəti hazırda sabitdir və onda virusun xəfif əlamətləri qeydə alınır.
Məlumata görə, Haarlem şəhərindən olan həmin qadın KLM aviaşirkətinin stüardessasıdır. O, Yohannesburq istiqamətində həyata keçirilən reysdə iştirak edib və bu uçuşdan sonra Cənubi Afrika Respublikasındakı xəstəxanada sözügedən infeksiyadan dünyasını dəyişən 69 yaşlı niderlandlı sərnişinlə təmasda olub. Hazırda KLM işçisi tibb müəssisəsində karantinə alınıb və hantavirus üzrə verilmiş analizlərin cavabını gözləyir. pizza hut
Ümumdünya Səhiyyə Təşkilatı "MV Hondius" adlı kruiz gəmisindəki şəxslər arasında səkkiz nəfərdə hantavirus infeksiyasının təsdiqləndiyini bildirib. Həmin şəxslərin siyahısına Yohannesburqda vəfat edən niderlandlı qadınla yanaşı, dünyasını dəyişmiş daha iki sərnişin də daxildir.
Cənubi Afrika Respublikasının səhiyyə naziri Aaron Motsoaledi yerli ekspertlərin ölüm hallarına yol açan hantavirus növünü aşkar etdiklərini bəyan edib. Müəyyən olunub ki, bu, sıx təmas vasitəsilə insandan insana keçə bilən "Andes" ştammıdır.
Qeyd edək ki, üç həftə öncə Niderland bayrağı ilə hərəkət edən gəmi Argentinanın Uşuaya limanından çıxaraq yekun mənzili olan Kanar adalarına doğru istiqamət götürmüşdü. Səyahət zamanı gəmi Atlantik okeanında yerləşən bir sıra adalarda lövbər salıb./Oxu.az
Telegram kanalımız