Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

72 yaşlı şairdən qınaq dolu sözlər: “Biz ağsaqqallar nə vaxt yada düşəcəyik?
27 May 2021 16:36
3834

72 yaşlı şairdən qınaq dolu sözlər: “Biz ağsaqqallar nə vaxt yada düşəcəyik?

Tanınmış ictimai xadim, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tanınmış şair, tədqiqatçı alim, əslən Cəbrayıl rayonunun Kavdar kəndindən olan Gülhüseyn Kazımlı işğaldan azad olunmuş torpaqlarla bağlı təklif irəli sürüb.

Yenisabah.az-ın məlumatına görə, o, bu təkliflə Cəbrayıl rayon İcra Hakimiyyətinə müraciət edib.

“Bizi - bir qrup Cəbrayıl ağsaqqallını avtobusla heç olmasa Cəbrayıl rayonunun mərkəzinə qədər aparıb torpaqlarımızı ziyarət etdirmək olmaz? Jurnalistləri, xarici qonaqları bildik və anladıq - aparırsınız, bəs biz ağsaqqallar nə vaxt yada düşəcəyik?”, - Gülhüseyn Kazımlı bildirib.

72 yaşlı G.Kazımlı deyir ki, onun bu təklifini reallaşdırmaq İcra hakimiyyəti üçün heç də çətin iş olmaz. Tədqiqatçı alıimin sözlərinə görə, torpaqlar işğaldan azad olunandan sonra 30 ildir yurd həsrətilə yaşamış xeyli qoca,cavan, qadın, uşaq müxtəlif səbəblərdən dogma yerləri görmədən dünyasını dəyişib.

G.Kazımlının sözlərinə görə, bu təklifə görə heç kim onu qınaya bilməz:

“Bu qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyir, digər hərbçilərimizə can sağlığı arzulayırıq.

44 günlük Vətən müharibəsi zamanı az qala hər evdən savaşda iştirak edənlər oldu, hər kəsin yaxını, qohumu şəhidlik zirvəsinə ucaldı, qazilik şərəfi qazandı. Bu mənada dogma yurd yeri azad edilən hər kəsin gedib o yerləri görmək haqqı var. Bu işi sistemli şəkildə həyata keçirmək həm də savabdır. Axı ömür vəfat eləmir, sabah nə olacağını heç kim bilmir. Xahiş edirəm, bu təklifi nəzərə alsınlar”. (Modern.az)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər